“Real”ın futbolçusu Kərim Benzemanın Çempionlar Liqasının “Mançester Siti” ilə yarımfinalın səfərdəki ilk oyunundakı penaltisi böyük əks-sədaya səbəb olub.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçunun görüşün kritik anında Panenka üslubda zərbə endirməsi az qala hamını təəccübləndirib.
Premyer Liqa tarixinin ən yaxşı bombardiri Alan Şirer üçün də belə penalti inanılmaz olub: “Bu ay üç penaltini qaçırandan sonra mən yalnız gülə bilərəm və “İnana bilmirəm ki, Kərim bunu etdi” deyərəm. Bunun üçün cəsarət, inam və ustalıq lazımdır. Elə təəssürat yaranır ki, Benzema gündən-günə daha yaxşı olur. Onun cəsarəti heyran edir”.
Qeyd edək ki, Benzema oyunun 82-ci dəqiqəsində komandası 2:4 hesabı ilə geridə olanda fərqi minimuma endirib.