Slovakiya – Azərbaycan matçının hakimləri açıqlanıb
16.11.2019 - 14:38
AVRO-2020-nin seçmə mərhələsinin son turunun Slovakiya – Azərbaycan matçının hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, qarşılaşmanı ukraynalı hakimlər idarə edəcək.
Noyabrın 19-da Trnava şəhərində keçiriləcək matçın baş hakimi Sergey Boyko olacaq. Ona Vladimir Volodin və Semyon Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru Kevin Azzopardi (Malta), UEFA nümayəndəsi isə Skott Struters (Şotıandiya) olacaq.
0
0