Azərbaycan millisi sabah AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, X tur çərçivəsində keçiriləcək Slovakiya ilə səfər matçı yığmamızın tarixində noyabrın 19-na təsadüf edən 3-cü qarşılaşma olacaq.
Milli indiyədək bu tarixə iki oyun keçirib. Hər iki qarşılaşma heç-heçə nəticələnib.
İlk belə matç 11 il öncəyə təsadüf edib. Bakıda keçirilən yoxlama oyununda Albaniya ilə sülh qeydə alınıb 1:1.
Heç-heçə günündəki ikinci bərabərlik isə 2013-cü ildə baş tutub. Bu dəfə Bişkekdə Qırğızıstanla yoxlama oyunu keçirən yığma yenə heç-heçə edib – 0:0.
Noyabrın 19-da uduzmayan milli ilk dəfə seçmə matçını bu tarixdə keçirəcək. Komandamız yoxlama oyunlarındakı ənənəni rəsmi qarşılaşmada da davam etdirmək üçün mübarizə aparacaq.