Sənan Qurbanov: “Keşlə” adı ilə son oyunumuz idi”
12.03.2022 - 18:47
Sənan Qurbanov: “Keşlə” adı ilə son oyunumuz idi”

“Buna qədər də qol imkanları yaradırdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.

42 yaşlı mütəxəssis Premyer Liqanın XIX turunun “Səbail”lə matçı barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Amma yararlana bilmirdik. İnkişaf görnüürdü. Bu gün istifadə etdik. Bu dəfə ilk yarıda vurduq. Bu qələbə bizə ruh yüksəkliyi verməlidir ki, qarşıdakı matçlarda daha yaxşı oynayaq. “Keşlə” adı ilə son oyunumuz idi. Məmnuniyyətlə Şamaxını təmsil edəcəyik. Layiqincə futbol oynamağa çalışacağıq. Hər matça qələbə üçün çıxırıq. Nəticə önəmlidir. Şamaxıda məsuliyyət artacaq. Bu, motivasiya olmalıdır”.

Qeyd edək ki, “Keşlə” səfər matçında 3:0 hesablı qələbə qazanıb.
 

0