“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov əməliyyat olunacaq.
Bu barədə apasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
O bildirib ki, milli komandamızın heyətində Moldova ilə keçirilən yoldaşlıq görüşündə zədələnən 30 yaşlı futbolçunun diz çarpaz bağlarının əməliyyata ehtiyacı var. Bu isə o deməkdir ki, Hüseynov azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Mərkəz müdafiəçisi ən yaxşı halda 2022-ci ilin əvvəlində kollektivə qoşula biləcək.
Əməliyyatın nə zaman və harada baş tutacağına milli komandanın həkimləri nəzarət edir. Futbolçu yığmanın oyununda zədələndiyi üçün əməliyyatın bütün xərclərini AFFA qarşılayacaq.