Şotlandiya 25 illik seriyanı qırdı – AVRO-2020
23.06.2021 - 00:41
AVRO-2020-nin qrup mərhələsində Xorvatiya ilə keçirilən III tur matçında Şotlandiya yığması uğursuz seriyaya son qoyub.
Apasport.az saytının məlumatına görə, britaniyalılar 42-ci dəqiqədə fərqlənməklə buna nail olub.
Kallum Makqreqorun qolu sayəsində şotlandlar 25 ildən sonra ilk dəfə Avropa çempionatının final mərhələsində rəqib qapısına yol tapa bilib.
Buna qədər sonuncu dəfə 1996-cı ildəki qitə birinciliyində Alli Makkoyst Şotlandiya millisinin heyətində fərqlənmişdi.
0
0