Stadiona girən azarkeşlər cəzalandı – 5 illik
08.09.2021 - 15:45
Niderlandda 13 yaşlı uşağa stadionlara giriş qadağası qoyulub.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Niderland Kral Futbol Assosiasiyası qəbul edib.
DÇ-2022-nin seçmə mərhələsinin Monteneqro ilə görüşündə meydana çıxan oğlan Memfis Depayla selfi etmək istəyib. Bu hərəkət yeniyetmə azarkeşə 5 illik cəza bahasına başa gəlib.
O, 100 avro cərimə də ödəyəcək. Meydana daxil olan digər 15 fanat da 5 il müddətində stadiona buraxılmayacaq.
0
0