Sterlinqin arzusu ürəyində qaldı
22.01.2022 - 22:44
Sterlinqin arzusu ürəyində qaldı

“Mançester Siti”nin hücumçusu Rahim Sterlinqin “Barselona”ya keçmək arzusu baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb Kataloniya klubunun ön xəttə başqa oyunçunu almasıdır.

La Liqa təmsilçisi qış fasiləsində “Mançester Siti”nin digər forvardı Ferran Torresi transfer etdiyindən, Sterlinqi almaq planı ləğv olunub. 27 yaşlı futbolçu az oyun vaxtı qazandığından, “şəhərlilər”lə vidalaşmaq istəyir. Ancaq Premyer Liqanın lideri ona yeni sözləşmə təklif etməyi düşünür.

Qeyd edək ki, Rahim Sterlinqin “Mançester Siti” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.