Suares üç yol ayrıcında - “Barselona”, “Atletiko”, PSJ
16.09.2020 - 17:47
İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suaresin gələcək karyerası ilə bağlı üç variantı var.
Apasport.az saytının məlumatına görə, təcrübəli uruqvaylı hücumçunun La Liqa təmsilçisində qalması mümkündür.
Suares Kataloniya klubunu tərk etsə, iki variant arasında seçim edəcək. O, İspaniyanın “Atletiko” və Fransanın PSJ klublarından birinə keçə bilər.
Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Luis Suaresin İtaliya “Yuventus”una keçidi baş tutmayıb.
0
0