Süle “Bavariya”nın təklifini rədd etdi
22.01.2022 - 23:32
Süle “Bavariya”nın təklifini rədd etdi

“Bavariya” müdafiəçisi Niklas Süle ilə müqavilə müddətini yeniləməyə çalışır.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıq aparılsa da, razılıq əldə olunmayıb.

26 yaşlı futbolçu Münhen klubunun ilk təklifini rədd edib. Klub rəhbərliyi fevralın ortalarına qədər məsələni rəsmiləşdirmək niyyətindədir. Əks halda Bundesliqa təmsilçisi Almaniya millisinin üzvü ilə danışıqları bitirəcək.

Qeyd edək ki, Nikas Sülenin “Bavariya” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Futbolçu “Barselona” ilə danışıq aparır.