Xorvatiya milli komandasının futbolçusu Mario Mancukiçin İtaliya “Yuventus”unu İngiltərə “Mançester Yunayted”inə keçmək istəyi baş tutmayacaq.
Apasport.az saytının məlumatına görə, tərəflər arasında keçidlə bağlı danışıqlara start verilsə də, Mançester təmsilçisi planlarını dəyişib.
Baş məşqçi Ole-Qunnar Sulşer komandasında Edin Dzekonu görməyə qərar verib. Bu üzdən də İtaliya “Roma”sı ilə danışıqların başlanmasını istəyib. Mütəxəssis 33 yaşlı bosniya və herseqovinalı forvardın hücum xəttini gücləndirəcəyinə ümid edir. O, Romelu Lukaku və Aleksis Sançesin gedişindən sonra ön xətdə E.Dzekonun yer almasını zəruri sayır.
Qeyd edək ki, bosniya və herseqovinalının müqaviləsi 2022-ci ilin yayına qədərdir.