Super Liqa klubunda xorvatiyalı baş məşqçi
09.03.2022 - 16:00
Türkiyənin “Göztepe” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Nestor El Maestro ilə yollarını ayıran Super Liqa təmsilçisi Stepan Tomasla anlaşıb.
“Antalyaspor” və “Çaykur Rizespor”da çalışmış xorvatiyalı mütəxəssisin “Göztepe”yə təyinatı rəsmiləşib. 46 yaşlı çalışdırıcı yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Tomas bu gün “Göztepe”ni ilk dəfə məşqə çıxaracaq.
Qeyd edək ki, “Göztepe” 28 turdan sonra Super Liqada 27 xalla 17-ci pillədə qərarlaşıb.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0