Türkiyə Super Liqası tarixinin ən yaxşı simvolik “11-liy”i müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi açıqlanıb.
Rəmzi komandada Türkiyədə “Qalatasaray”dakı çıxışı ilə tanınan futbolçular çoxluq təşkil edir. Həmin oyunçuların 6-sı komandanın 2000-ci ildə UEFA Kubokunu qazanan əfsanəvi heyətində yer alanlardır. Maraqlıdır ki, Volkan Dəmirəl, Aleks de Souza, Hakan Ünsal, Nihat Kahveci kimi bir çox tanınmış sima sorğuda öz mövqeləri üzrə ilk “11-liy”ə düşəcək qədər səs toplamayıblar.
Simvolik komandaya baş məşqçi isə hazırda “Qalatasaray”ı çalışdıran Fatih Terim seçilib. Super Liqa tarixinin rəmzi komandası aşağıdakı kimidir:
Qapıçı: Fernando Muslera

Mərkəz müdafiəçisi: Bülənt Qorxmaz

Mərkəz müdafiəçisi: George Popesku

Sol cinah müdafiəçisi: Ərgün Pənbə

Sağ cinah müdafiəçisi: Gökhan Gönül

Dayaq yarımmüdafiəçisi: Atiba Hatçinson

Orta sahə: Əmrə Belözoğlu

Pleymeyker: George Haci

Sol vinger: Tuncay Şanlı

Sağ vinger: Rikardo Kuarejma

Hücumçu: Hakan Şükür
