Tarixə düşdü - “Böyük beşlik”də
16.09.2020 - 11:37
Tarixə düşdü - “Böyük beşlik”də

Fransanın “Monpelye” klubunun futbolçusu Vitorino Hilton yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Liqa1-in “Lion”la görüşündə meydana çıxan müdafiəçi “Böyük beşlik” çempionatları tarixinin ən yaşlı futbolçusu olub.

Braziliyalı 43 yaş 2 günlüyündə şans qazanıb. Lakin rekord göstərici uğur gətirməyib. Cənubi amerikalı 81-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.