Tarixi antirekord – 200-cü məğlubiyyət
20.04.2022 - 09:26
Tarixi antirekord – 200-cü məğlubiyyət

İspaniya La Liqasının XXXIII turunda “Betis” doğma meydanında “Elçe”yə 0:1 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, qarşılaşma Sevilya klubunun kapitanı Xoakin Sançesin antirekordu ilə yadda qalıb.

41 yaşlı yarımmüdafiəçi La Liqada 200-cü məğlubiyyətini alan ilk futbolçu olub. O, karyerası ərzində çempionatda keçirdiyi 596 görüşün 240-da qələbə sevinci yaşayıbsa, 156 dəfə komandası bərabərliklə razılaşıb.

Qeyd edək ki, bu mövsüm İspaniya çempionatında 17 matça çıxan Xoakinin aktivində 1 məhsuldar ötürmə var.