Tarixi rekord üçün çatmayan - 14 qol
26.05.2020 - 12:19
"Bavariya"nın hücumçusu Robert Levandovski Bundesliqa tarixinin rekorduna iddia edir.
Apasport.az saytının məlumatına görə, polşalı forvard əfsanəvi Herd Müllerə məxsus rekordu yeniləməyi hədəfləyir.
Ötən turda "Ayntraxt"la qarşılaşmada fərqlənərək 25-ci oyununda qol sayını 27-yə çatdıran ulduz futbolçu indi Mülleri geridə qoymaq üçün son 7 turda rəqib qapılarından 14 top keçirməlidir. Müller 1971/72 mövsümündə Bundesliqada 40 qola imza atıb.
Qeyd edək ki, Robert Levandovski cari mövsüm bütün turnirlərdə 41 qol vurub.
0
0