Tarixi rekorda şərik oldu – Oblak
23.05.2021 - 00:00
İspaniya La Liqasının son turu “Atletiko”nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, “Valyadolid”lə səfər qarşılaşması 28 yaşlı qolkiperi madridlilərin tarixinə salıb.
303-cü matçına çıxan Sloveniya millisinin üzvü “Atletiko”nun heyətində ən çox oyun keçirən qapıçı ünvanına şərik olub. O, həmkarı Abel Resinonun rekordunu təkrarlayıb. Oblak rekordu yeniləmək üçün növbəti mövsümün startını gözləməli olacaq.
Qeyd edək ki, Yan Oblak 2014-cü ildən “Atletiko”nun qapısını qoruyur.
0
0