Tarixin ən ağır məğlubiyyəti – millinin
18.11.2020 - 01:59
Tarixin ən ağır məğlubiyyəti – millinin

Almaniya millisi rəsmi turnirlərdə tarixinin ən ağır məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının VI turunda İspaniyaya 0:6 hesabı ilə uduzan Bundestim indiyədək altı top fərqi ilə məğlub olmayıb.

Bunadək antirekord DÇ-1954-də qeydə alınıb. Həmin mundialda dünya çempionu olan Almaniya qrupda Macarıstana 3:8 hesabı ilə yenilib.

Qeyd edək ki, yoxlama oyunlarını da nəzərə alsaq, Almaniyanın ən ağır məğlubiyyəti 1909-cu ildə İngiltərə ilə görüşə təsadüf edib – 0:9.