Ten Haq “Barselona”dakı həmyerlisinə göz dikdi
23.04.2022 - 22:48
“Mançester Yunayted” yayda Frenki de Yonqu heyətinə qata bilər.
Apasport.az saytının məlumatına görə, niderlandlı yarımmüdafiəçinin transfer olunmasını növbəti mövsümdən komandanı çalışdıracaq Erik Ten Haq istəyib.
O, “Barselona”da çıxış edən həmyerlisinin keçidinin təşəbbüskarıdır. Amma İspaniya nəhəngi de Yonqu satmaq fikrində deyil. Yalnız cəlbedici təklif transferin reallaşmasına səbəb ola bilər.
Qeyd edək ki, cari mövsümdə 42 oyuna çıxan Frenki 4 qol vurub.
0
0