Ten Haq onu saxlayır
26.04.2022 - 17:04
“Mançester Yunayted”in “Everton”da icarədə olan futbolçusu Donni van de Bekin gələcək taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yeni mövsümdən Mançester təmsilçisini çalışdıracaq Erik Ten Haq həmyerlisini komandada saxlayacaq.
Niderlandlı mütəxəssis “Ayaks”da da Donninin baş məşqçisi olub. 25 yaşlı yarımmüdafiəçi 2020-ci ilin oktyabrında Amsterdam təmsilçisindən “Mançester Yunayted”ə keçib. O, 39 milyon avroya transfer olunub.
Qeyd edək ki, Donni cari mövsümün 20 matçında 1 qol vurub.
0
0