Ten Haqa ayrılacaq məbləğ açıqlandı
22.04.2022 - 22:47
Ten Haqa ayrılacaq məbləğ açıqlandı

“Mançester Yunayted”in yay transfer pəncərəsi üçün ayırdığı vəsaitin məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, komandanın gələcək baş məşqçisi Erik Ten Haqa heyətin gücləndirilməsi üçün 120 milyon funt sterlinq ayrılacaq.

52 yaşlı niderlandlı yeni mövsüm öncəsi daha iddialı heyət qurmaq imkanı qazanacaq. Onunla 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, hazırda “Ayaks”ı çalışdıran Ten Haq mövsümün sonunda Amsterdam klubundan ayrılacaq və Mançester təmsilçisinin sükanı arxasına keçəcək.