“Ayaks”ın baş məşqçisi Erik ten Haq “Mançester Yunayted”lə danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis iki gün əvvəl ingilis klubunun rəsmiləri ilə görüşüb.
Mövsüm yaxınlaşdıqca Ralf Ranqnikin yerinə baş məşqçi axtarışına başlayan “qırmızı şeytanlar”ın bu posta alternativləri də var. Rəhbərlik ten Haqla yanaşı, Maurisio Poçettino (PSJ), Xulen Lopeteqi (“Sevilya”) və Luis Enrike (İspaniya millisi) ilə də danışıq masası arxasında əyləşməyi planlaşdırır.
Ancaq “Çelsi”nin çalışdırıcısı Tomas Tuxelin adı bu siyahıda yoxdur. “Mankunianlar” aprelin sonuna kimi yekun qərarını verməyə və mövsüm başa çatdıqdan dərhal sonra yeni baş məşqçi təyinatını açıqlamağa çalışır.
Qeyd edək ki, Erik ten Haqın “Ayaks”la müqavilə müddəti gələn ilin yayına qədərdir.