Təhlükədə – “Sampdoriya” və “Cenoa”
12.07.2021 - 23:14
A seriyasının iki klubu stadionsuz qalmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunlar Genuya təmsilçiləri “Sampdoriya” ilə “Cenoa”dır.
Klublar şəhər hakimiyyətinin balansında olan stadionu icarəyə götürür. Lakin onlar xeyli müddətdir bu məbləği ödəmir.
“Sampdoriya” ilə “Cenoa”nın stadionla bağlı borcu 1,6 milyona çatıb. Əgər bu məbləğ yaxın müddətdə ödənilməsə, klublar arenaya buraxılmayacaq.
0
0