Timo Verneri satır – “Çelsi”
19.07.2021 - 18:28
İngiltərənin “Çelsi” klubu Timo Vernerlə vidalaşacaq.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi almaniyalını satmaq üçün bir neçə top-kluba müraciət edib.
“Leypsiq”dən 53 milyon avroya transfer olunan forvard klub rəhbərliyinin ümidlərini tam doğrulda bilmir. Bu üzdən də müqaviləsi 2025-ci ilin yayında başa çatacaq futbolçunun satılması daha məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Timo ötən mövsümün 53 oyununda cəmi 12 qol vurub.
0
0