Braziliya millisi DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsini birinci pillədə tamamlayıb.
Apasport.az saytının “sport-express.ru”ya istinadən məlumatına görə, son turda Boliviyanı darmadağın edən (4:0) “sambaçılar” seçmə mərhələdə məğlubiyyət üzü görməyib və 45 xal toplayıb.
Baş məşqçi Tite bir seçmə mərhələdə topladığı xalların sayına görə yeni rekorda imza atıb. O, argentinalı Marselo Byelsanın rekordunu qırıb. Byelsanın rəhbərliyi altında Argentina yığması seçmə mərhələdə 43 xal toplayıb.
Qeyd edək ki, Cənubi Amerika zonasından Braziliya, Argentina, Uruqvay və Ekvador DÇ-2022-yə vəsiqə qazanıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı