Təmsilçimizin rəqibi kubok qazandı - tarixdə 4-cü dəfə
27.05.2021 - 02:01
Təmsilçimizin rəqibi kubok qazandı - tarixdə 4-cü dəfə

Avrokuboklar tarixində 4-cü dəfə Azərbaycan klubunun rəqibi mövsümü mükafatla başa vurub.

Apasport.az saytının məlumatına görə, bu uğura İspaniya təmsilçisi “Vilyarreal” imza atıb.

Avropa Liqasının qrupunda “Qarabağ”ın rəqibi olan Unay Emerinin yetirmələri sonda turnirin də qalibi olub. “Vilyarreal” həlledici görüşdə “Mançester Yunayted”i məğlub edib.

Azərbaycan futbolu tarixində ilk belə hadisə 2004/05 mövsümündə qeydə alınıb. Çempionlar Liqasında “Neftçi”ni mübarizədən kənarlaşdıran Rusiya MOİK-i UEFA kubokunu, indiki Avropa Liqasını qazanıb.

Sonradan növbə “Qarabağ”ın qrupdakı rəqiblərinə gəlib. 2017/18 mövsümündə Çempionlar Liqasındakı rəqibi “Atletiko”, ötən il Avropa Liqasındakı rəqibi “Sevilya” sonda kubok qazanıb. Hər iki komanda Avropa Liqasında zəfər çalıb.