Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Marsel” matçını qəbul edəcək Tofiq Bəhramov adına Respublika stadionunun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, arena qarşılaşmanı qəbul etməyə hazır vəsiyyətdədir.
Stadionun ot örtüyü ideal vəziyyətə gətirilib. Hazırda arenada matça son hazırlıqlar gedir.
Dəfələrlə stadionun bərbad ot örtüyü üzündən problemlə üzləşən “Qarabağ” bu dəfə hər hansı çətinlik yaşamayacaq. Texnikalı, kombinasiyalı oyuna üstünlük verən Qurban Qurbanovun yetirmələri Fransa təmsilçisi ilə matçda bunun ideal şəraitlə üzləşəcək.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Marsel” görüşü saat 21:45-də başlayacaq.