Tomas Tuxel mərhələ adlamaq şanslarını dəyərləndirdi
11.04.2022 - 17:39
Tomas Tuxel mərhələ adlamaq şanslarını dəyərləndirdi

“İlk oyunda baş verənləri, rəqabəti, rəqibi və stadionu nəzərə alsaq, şansımız çox deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis Londondakı 1:3 hesablı məğlubiyyəti xatırladaraq, yarımfinala yüksəlmək şanslarının az olduğunu etiraf edib: “Mərhələ adlamağımız mümkün görünmür, amma cəhd etməyə dəyər. Çətinlik dərəcəsi inanılmazdır, ancaq xəyal qurmaq haqqımız var. Bəzən nəyisə xəyal etmək vacibdir. İdmanın gözəlliyi hər şeyin baş vermək ehtimalının olmasıdır”.

Qeyd edək ki, sabah “Santyaqo Bernabeu”da keçiriləcək “Real” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.