İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah komandasının tarixində Premyer Liqada ən çox qol vuran 5 oyunçu siyahısına düşüb.
Apasport.az saytının məlumatına görə, misirli hücumçu XVIII turdan təxirə salınan qarşılaşmada “Vest Hem”in (2:0) qapısına yol taparaq qol sayını 66-ya çatdırıb.
Bununla da M.Salah ispaniyalı Fernando Torresi arxada qoyub. 27 yaşlı afrikalı “Liverpul”un Premyer Liqadakı 5-cı ən yaxşı bombardiri olub.
Bu siyahının lideri 128 qol vuran Robbi Faulerdir. Stiven Cerrardın 120, Maykl Ouenin 118, Luis Suaresin 69 qolu var.
Qeyd edək ki, M.Salah 2017-ci ildən “Liverpul”da oynayır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı