Totalizatora pul qoyan baş məşqçi vəzifəsindən azad edildi
21.10.2019 - 12:21
Totalizatora pul qoyan baş məşqçi vəzifəsindən azad edildi

İngiltərənin “Uimbldon” klubu baş məşqçisi Uolli Daunsu istefaya göndərib.

APA-nın məlumatına görə, 58 yaşlı mütəxəssis totalizatora pul qoyuluşları etdiyi üçün vəzifəsindən azad edilib.

O, 2019-cu ilin mart ayından iyula qədər olan dövrdə oyunların nəticələrini proqnozlaşdırdığı üçün işini itirib. Klub rəhbərliyi İngiltərə Futbol Assosiasiyasının 4 həftəlik diskvalifikasiya edib, 3 min funt sterlinq cərimələdiyi çalışdırıcını saxlamağı məqsədəuyğun saymayıb.