Təqvim dəyişdirilir – Premyer Liqada
11.01.2021 - 12:53
İngiltərə Premyer Liqası təqvimdə dəyişiklik etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, 14 üzvü koronavirusa yoluxan “Aston Villa”nın “Tottenhem”lə qarşıdakı görüşünün təxirə salınacağı gözlənilir.
Əvəzində London klubu həmin gün başqa oyuna çıxmalıdır. XVI turun dekabrın 30-da keçirilməli olan “Fulhem”lə qarşılaşması da koronavirusa görə təxirə salınmışdı.
Qeyd edək ki, “Fulhem” belə dəyişikliyə narazılığını gizlətməyib. İki gün öncə İngiltərə kubokunda meydana çıxan komanda qısa fasilədən sonra “Tottenhem”lə görüşməyin əleyhinədir.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı
0
0