CİES son 5 mövsümdə beynəlxalq transferlərdən ən çox qazanan və ziyana düşən ölkələrin siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 2017-ci ilin yayından sonrakı dövrü əhatə edən hesabatda 40 aparıcı liqa yer alıb.
Futbolçu alqı-satqısından ən çox qazanan Portuqaliyadır. Bu ölkə klubları 1 milyard 147 milyon avro əldə edib. Braziliya 126 milyon geri qalır.
1. Portuqaliya – 1 milyard 147 milyon
2. Braziliya – 1 milyard 021 milyon
3. Niderland - 742 milyon
4. Fransa - 690 milyon
5. Argentina - 598 milyon
Ən böyük ziyan isə İngiltərə klublarına dəyib. Futbolun yaradıcılarının satdığı və aldığı oyunçular arasında mənfi saldo 4 milyardı keçib. Başqa heç bir ölkədə bu rəqəm 1 milyarda çatmayıb. İtaliyanın ikinci olduğu siyahıda Çin, Rusiya və Səudiyyə Ərəbistanı da ön sıralardadır.
1. İngiltərə - 4 milyard 350 milyon
2. İtaliya – 910 milyon
3. Çin - 433 milyon
4. Rusiya - 389 milyon
5. Səudiyyə Ərəbistanı – 373 milyon