Türkiyə millisində yeni məşqçi – Əmrə Belözoğlu
10.07.2021 - 16:35
Türkiyə millisinə daha bir məşqçi cəlb olunub.
Apasport.az saytının məlumatına görə, yığmanın sabiq kapitanı Əmrə Belözoğlu bundan sonra “ay-ulduzlular”da çalışacaq.
41 yaşlı mütəxəssis baş məşqçi Şenol Günəşin köməkçisi kimi fəaliyyət göstərəcək. Günəş bir müddət əvvəl Əmrəyə bu barədə təklif etdiyini bildirmişdi. Belözoğlu sabiq çalışdırıcısının təklifini müsbət cavablandırıb.
Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-dəki uğursuz çıxışa baxmayaraq, Şenol Günəşi postunda saxlayıb. Əmrə Belözoğlu isə ötən mövsümün sonlarında müvəqqəti “Fənərbaxça”nın baş məşqçisi olub.
0
0