Türkiyəyə yola düşdü – “Qarabağ”
04.11.2020 - 11:56
Türkiyəyə yola düşdü – “Qarabağ”

Avropa Liqasının III turunda “Sivasspor”la qarşılaşacaq “Qarabağ” Türkiyəyə yola düşüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunu Sivasa aparan təyyarə bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanından qalxıb.

Bu gün baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq, həmçinin komanda Bakı vaxtı  ilə saat 20:00-da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək.

0