Azərbaycan Premyer Liqasında XXVI turun son təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək matçların hakimləri də bəlli olub.
“Sabah” – “Qarabağ” oyununu Rauf Cabbarov idarə edəcək. “Zirə” – “Qəbələ” qarşılaşması isə Əliyar Ağayevə tapşırılıb.
Azərbaycan Premyer Liqası
XXVI tur
09 may (bazar)
“Sabah” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 20:15
“Zirə” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 18:00