UEFA “Qarabağ”a 159 min avro ödədi
25.11.2019 - 17:43
UEFA “Qarabağ”a 159 min avro ödədi

2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib. 

Apasport.az saytının məlumatına görə, bu, UEFA-nın Klub Yarışları Komitəsinin Monakoda keçirilmiş iclasında gerçəkləşib.

Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin “market pool” nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ” Futbol Klubuna ayrılan 159 min 698  avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.