Ermənistan Futbol Federasiyası (EFF) diskvalifikasiya oluna bilər.
Apasport.az saytının məlumatına görə, bu ehtimala səbəb qurum ətrafında yaşanan qalmaqalların səngiməməsidir.
EFF-in sabiq prezidenti Ruben Ayrapetyanın rəhbərliyi dövründəki tikinti işləri zamanı pul yeyintiləri ilə bağlı cinayət işi açılıb. Bundan başqa, güc strukturları qurumun, daha dəqiqi vitse-prezidentlər - Armen Melikbekyanla Armen Nikoqosyanın bir il əvvəl maliyyələşdirdiyi tikintilərlə maraqlanmağa başlayıb.
EFF prezident seçkiləri siyasiləşdirildiyindən UEFA rəhbəri Aleksander Çeferin də məlumatlandırıla bilər. Bunun isə bir neçə illik diskvalifikasiya ilə nəticələnməsi mümkündür.
Dekabrın 23-də baş tutacaq prezident seçkiləri ərəfəsində futbol ictimaiyyəti və jurnalistlər durumun daha acınacaqlı olduğunu iddia edirlər. R.Ayrapetyan prezidentliyə namizədliyini irəli sürən A.Melikbekyanın bunun üçün nizamnamədə göstərilən tələblərə uyğun gəlmədiyini bəyan edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı