UEFA-dan rusiyalı hakimlərə sanksiya
02.03.2022 - 15:16
UEFA-dan rusiyalı hakimlərə sanksiya

Rusiya milli və klublarının ardınca hakimləri də sanksiya ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, UEFA bu ölkədən olan ədalət təmsilçilərinə təyinat verməməyi qərara alıb.

Buna Ukraynadakı vəziyyət səbəb olub. Rusiyalı hakimlər UEFA bayrağı altında təşkil edilən yarışları idarə etməyəcək.

Qeyd edək ki, daha öncə FİFA və UEFA Rusiya komandalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.
 

0