UEFA-dan yeni təyinat - Fritz Ştuxlikə
02.11.2020 - 16:20
UEFA-dan yeni təyinat - Fritz Ştuxlikə

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb. 

Apasport.az saytının məlumatına görə, avstriyalı Millətlər Liqası çərçivəsində keçiriləcək Moldova –  Yunanıstan oyununda iş başında olacaq.

Bu matç noyabrın 15-də Kişinyov şəhərindəki “Zimbru” stadionunda baş tutacaq. Ştuxlik həmin görüşün hakim-inspektoru olacaq.