UEFA məhkəməyə üz tutdu - SƏBƏB
31.01.2022 - 14:46
UEFA məhkəməyə üz tutdu - SƏBƏB

UEFA Almaniyanın “Pizza Wolke” pizza şirlətini məhkəməyə verib.

Apasport.az saytının məlumatına görə, buna pizzalardan birinin adı səbəb olub.

Belə ki, burada “Champignons League” adlı pizza da hazırlanır. Bu da UEFA-nın təşkil etdiyi yarışın adıdır.

Qeyd edək ki, UEFA 1992-ci ildə Çempionlar kubokunun adını dəyişərək Çempionlar Liqasına dəyişib.