Üç oyun təxirə salındı – Azərbaycan Premyer Liqasında
03.12.2020 - 19:49
![Üç oyun təxirə salındı – Azərbaycan Premyer Liqasında](https://apasport.az/storage/news/2020/december/03/big/1607010732962_GK7AJxQY.jpeg)
Azərbaycan Premyer Liqasında daha 3 oyun təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.
XII turun dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb. Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.
Qeyd edək ki, XII turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.
0
0