Azərbaycan millisi FİFA reytinqində növbəti xal itkisi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, buna Portuqaliya ilə qarşılaşmadakı məğlubiyyət səbəb olub.
DÇ-2022-nin seçmə oyununda 0:3 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri xal hesabında azalmaya üzülüb. Komandamız Bakı Olimpiya Stadionunda 3 xal itirib.
Millimiz ötən cədvəldə 1166,44 xalla dünyanın 112-cisi idi. Lüksemburqla görüşdə (1:2) 10,8 xal itirən, İrlandiya səfərində (1:1) reytinqdə 5,9 xal qazanan komandamızın aktivində 1158,54 xal var.
Üç oyunun yekununda təxminən 8 xal itkisi isə növbəti reytinq cədvəlində əksini tapacaq.
Qeyd edək ki, FİFA reytinqi sentyabrın 16-da açıqlanacaq.