Uels Azərbaycanla oyunun hazırlığını başa vurdu - FOTOSESSİYA
15.11.2019 - 15:32
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Uels yığması oyunun hazırlıqlarını yekunlaşdırıb.
APA-nın məlumatına görə, böyük britaniyalılar sabahkı görüş öncəsi son məşqini “Bakcell Arena”da gerçəkləşdirib.
Rayan Giqqzin yetirmələrinin hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olub.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da baş tutacaq Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.
0
0