Azərbaycan Premyer Liqasının geridə qalan ilk yarısını zəif keçirən futbolçuların sayı uğurlulardan daha çox olub.
Apasport.az saytının məlumatına görə, 14 turluq periodda ümidləri doğrultmayanlar sırasında kifayət qədər oyunçu yer alıb. Bu say hətta iki "11-liy"ə sığmayacaq qədər çox olub.
Məsələn, mövsümün uğursuz "22-liy"i siyahısına düşməyən Araz Abdullayev ("Qarabağ"), Tərlan Quliyev ("Keşlə"), Ehtiram Şahverdiyev, Elgün Nəbiyev ("Sumqayıt"), Elvin Məmmədov ("Zirə"), Rəşad Eyyubov ("Sabah"), Sadiq Quliyev ("Qəbələ"), Vüqar Bəybalayev ("Səbail") və onlar kimi daha bir neçə futbolçu gözləniləni verə bilməyiblər.
İlk yarının uğursuz heyətini formalaşdırarkən hər komandadan ən azı 1 nəfəri siyahıya salmağa çalışdıq. İlk "11-lik"də qərarlaşan futbolçulardan 9-u əcnəbidir. Ehtiyatda isə yerlilər çoxluq təşkil edir.
Futbolçuların mövqeyinə uyğun olaraq start heyəti 3-5-2, ehtiyat qüvvə isə 4-3-3 kimi formalaşıb.

Ən uğursuz "11-lik":
Vaqner da Silva ("Qarabağ"): oynamayıb
Mamadu Mbodj ("Neftçi"): 5 oyun, 48 dəqiqə
Eriko da Silva ("Səbail"): 4 oyun, 313 dəqiqə, 1 qol
İlqar Qurbanov ("Sumqayıt"): 2 oyun, 19 dəqiqə
Simeon Slavçev ("Qarabağ"): 2 oyun, 135 dəqiqə
Maykl Essyen ("Səbail"): 5 oyun, 86 dəqiqə, 1 sarı vərəqə
Rocer Roxas ("Sabah"): 11 oyun, 382 dəqiqə, 1 sarı vərəqə
Əfran İsmayılov ("Keşlə"): 12 oyun, 197 dəqiqə, 1 sarı vərəqə
Soni Norde ("Zirə"): 11 oyun, 557 dəqiqə, 1 qol, 3 sarı vərəqə
Rauf Əliyev ("Neftçi"): 9 oyun, 442 dəqiqə, 1 qol, 3 sarı vərəqə
Kristian Kuaku ("Qəbələ"): 4 oyun, 118 dəqiqə

Ehtiyat qüvvə:
Dmitri Bezruk ("Sabah"): 2 oyun, 180 dəqiqə, -2 qol, 1 sarı vərəqə
Rəşad Sadıqov ("Qarabağ"): 4 oyun, 360 dəqiqə, 1 sarı vərəqə
Rail Məlikov ("Sumqayıt"): 2 oyun, 180 dəqiqə, 1 sarı vərəqə
Faysal Rerras ("Qarabağ"): 6 oyun, 499 dəqiqə, 1 sarı vərəqə
Azər Salahlı ("Keşlə"): 4 oyun, 172 dəqiqə, 1 sarı vərəqə
Cavid Tağıyev ("Sabah"): 3 oyun, 20 dəqiqə, 1 sarı vərəqə
Asif Məmmədov ("Qəbələ"): 9 oyun, 669 dəqiqə, 1 sarı vərəqə, 1 qırmızı vərəqə
Fəhmin Muradbəyli ("Səbail"): 12 oyun, 847 dəqiqə, 3 sarı vərəqə
Vangelis Platellas ("Neftçi"): 10 oyun, 377 dəqiqə, 1 qol, 1 sarı vərəqə
Robin Nqalande ("Zirə"): 5 oyun, 158 dəqiqə
Amil Yunanov ("Sumqayıt"): 10 oyun, 320 dəqiqə, 1 sarı vərəqə
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı