Ukrayna klubunun hədəfində - Anton Krivotsyuk
24.01.2020 - 14:30
Bakının “Neftçi” klubunun daha bir futbolçusu karyerasını Ukraynada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl Kiril Petrovu heyətinə qatan “Kolos” Anton Krivotsyukun da xidmətində maraqlıdır.
Ukrayna Premyer Liqasında çıxış edən komanda Azərbaycan yığmasının milliləşən legioneri də heyətinə qatmaq istəyir. “Kolos” rəhbərliyi ukraynalı müdafiəçini mövsümün sonunda transfer etməyi hədəfləyib.
Qeyd edək ki, milli komandamızın formasını geyinən 21 yaşlı müdafiəçi vətəni Ukraynada “Zirka” klubunda oynayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0