Ukraynada daha bir futbolçu öldürüldü
02.03.2022 - 09:48
Rusiyanın qoşunlarının Ukraynaya hücumu nəticəsində daha bir futbolçu həlak olub.
Apasport.az saytının məlumatına görə, Lvov “Karpatı”sının oyunçusu Vitali Sapilo döyüş zamanı ölüb.
İkinci divizion təmsilçisinin 21 yaşlı üzvü ölkəsinin müdafiəsi üçün döyüşlərdə iştirak edib, ordunun tərkibinə tank komandiri kimi qatılıb.
Qeyd edək ki, iki gün əvvəl II liqanın digər təmsilçisi “Qostomel”in 25 yaşlı futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində evində anası ilə birlikdə həlak olub.
0
0