Ukraynada sarı vərəqə - futbolçumuza
06.12.2020 - 23:28
Ukrayna Premyer Liqasında XII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” turun qapanış matçına çıxıb.
Turnir cədvəlində qonşusu olan “Kolos”un qonağı olan komanda səfərdən 1:1 hesablı bərabərliklə dönüb. Görüşü əvəz edilmədən keçirən Paşayev 52-ci dəqiqədə sarı vərəqə almaqla diqqət çəkib.
Bu nəticədən sonra “Aleksandriya” 16 xalla 8-ci pilləyə yüksəlib.
0
0