Ukraynalı futbolçular Rusiyanı tərk edir
03.03.2022 - 17:54
Daha iki ukraynalı futbolçu Rusiyanı tərk edib.
Apasport.az saytının məlumatına görə, “Torpedo” klubu ukraynalı oyunçuları ilə müqaviləyə xitam verildiyini açıqlayıb.
İkinci liqa təmsilçisi müdafiəçi Aleksandr Kaplienko və yarımmüdafiəçi Anrey Kravçukun ayrılmaqla bağlı istəyini müsbət cavablandırıb. Hər iki oyunçu ailəvi səbəblərdən bu addımı atdığını bildirib. Həm Kaplienko, həm də Kravçuk ötən ilin əvvəlindən Moskva klubunda çıxış edib.
Qeyd edək ki, bu gün “Axmat” klubu iki ukraynalı məşqçi ilə müqaviləni pozub, bir futbolçu da ayrılmaq istədiyini rəhbərliyə bildirib.
0
0