Ukraynalı hakim – “Qarabağ”ın “Vilyarreal”la matçına
08.12.2020 - 12:28
Ukraynalı hakim – “Qarabağ”ın “Vilyarreal”la matçına

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İspaniyanın “Vilyarreal” klubu ilə keçirəcəyi son matçın hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA oyuna Ukraynadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Vilyarrealda baş tutacaq qarşılaşmada Mikola Balakin ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Andrey Skripka və Semen Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Aranovski yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 10-da “De La Seramika” stadionunda keçiriləcək “Vilyarreal” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

0
Avropa Liqası Vilyarreal - Qarabağ Mikola Balakin