Ukraynalı ulduzun uğurunun sirri - istirahətdə də idman
11.07.2021 - 17:46
AVRO-2020-nin 1/4 finalçısı olan Ukrayna millisinin futbolçuları turnirdən sonra istirahətə çəkilib.
Apasport.az saytının məlumatına görə, yığmasının ulduzu olan Andrey Yarmolenko həyat yoldaşı İnna ilə birlikdə Monteneqroya yollanıb.
“Vest Hem”in hücumçusu çimərlikdə də idmana yer ayırır. O, xanımının yanında qumun üzərində “jim” etməklə vaxt keçirir.
Turnirdə 2 qol və 2 assistə imza atan Andreyin xanımı isə Adriatik dənizi çimərliyində öz gözəlliyini nümayiş etdirib.
0
0